Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə he...
15:42 17.05.2025
0
0
0
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirlib ki, düşən yağıntının miqdarı Qusarda 20, Quba, Şahdağ, İsmayıllı, Xaltan, Altıağac, Xaçmaz, Göygöl, Daşkəsən, Naftalan, Qax, Zaqatala, Şəki, Xınalıq, Qobustan, Şabran, Tərtər, Beyləqan, Kürdəmirdə 1-6 mm-dir.
Naftalan, Şəmkir, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 13, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 4 dərəcəyədək isti qeydə alınıb.
Digər xəbərlər