Hikmət Hacıyev: Bakı ilə İrəvan arasında münasibət...
16:46 18.05.2025
0
0
0
NAXÇIVAN :
18 May 2025, Bazar
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xan sarayının qarşısında 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən 18 may dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu bayram xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.
Vurğulanıb ki, ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan vermişdir.
Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir deyən Qumral Əsədova qeyd edib ki, bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 128 minə yaxın eksponat toplanmışdır.
Sonra Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məmməd Əliyevin “Müstəqillik dövründə Naxçıvan muzeyləri”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədovanın “Mədəniyyətin inkişafında muzeylərin rolu” mövzusunda çıxışları dinlənilib.
Çıxışların ardından bir neçə müəssisə və muzey əməkdaşları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Tədbir muzey ekspozisiyasına baxışla sona çatıb.
Digər xəbərlər