NAXÇIVAN :

03 May 2026, Bazar

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları dekabrın 22-də Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

"Şərq qapısı" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Nəşr edilib : 22.12.2025 16:51