NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Bosniya və Herseqovinada saxlanılıb

...

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Nəşr edilib : 30.12.2025 14:09