Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layih...
20:55 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevə həsr olunmuş “Naxçıvan şikəstəsi” adlı yaradıcılıq gecəsi keçirilir. Tədbirdən əvvəl Nazim Quliyev təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşərək göstərilən diqqət və yüksək dəyərə görə təşkilatçılara və tamaşaçılara təşəkkürünü bildirib: "Doğma Naxçıvan camaatına və musiqisevərlərə dərin təşəkkürümü bildirirəm. 75 illik yubileyim münasibətilə təşkil olunan bu tədbir mənim üçün gözlənilməz oldu. Tədbir musiqiçilərimizin təşəbbüsü ilə ərsəyə gəlib. Layihənin ideya müəllifi və təşkilatçısı Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir. Məhz onun irəli sürdüyü bu təşəbbüs əsasında tədbirin hazırlanması üçün ay yarımdır ciddi iş aparılır və artıq hazırlıq prosesi yekunlaşıb. Bu gün yubiley gecəmizin keçirilməsi nəzərdə tutulur və heç şübhəsiz ki, tədbir yüksək səviyyədə baş tutacaq".
Bəstəkar qeyd edib ki, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının çox istedadlı ifaçıları iştirak edəcəklər. Bununla yanaşı, Bakı şəhərindən də qonaqlar gəlib.
"Proqramda “Naxçıvan şikəstəsi”nin səsləndirilməsi nəzərdə tutulub ki, bu ifa mənim üçün olduqca əziz və doğmadır. Eyni zamanda “İrəvan şikəstəsi”, eləcə də tanınmış şairimiz Elbəyi Maqsudovun sözlərinə aid olan, bəstələdiyim “Nəqşi-cahanım” adlı mahnı ifa olunacaq. Tədbirdə ilk dəfə səslənəcək daha bir əsər isə Malik Fərruxun sözlərinə yazdığım “Ruhumdan keçdim” adlı mahnıdır. Bu əsər ilk dəfə məhz Naxçıvanda təqdim ediləcək. Çox şadam ki, Naxçıvandayam. Bura müqəddəs torpaqdır. Ümid edirəm ki, bu görüşlər davamlı olacaq", – deyə Nazim Quliyev əlavə edib.
Digər xəbərlər