103 yaşlı həmişəcavanımız
13:34 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Ordubad rayonunda vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin yerində araşdırılması və mövcud problemlərin birbaşa həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən vətəndaşlarla müntəzəm olaraq görüşlər və səyyari qəbullar həyata keçirilir. Növbəti belə görüşlərdən biri Behrud kəndində olub. 17 sentyabr 2024-cü il tarixdə Behrud kənd mərkəzində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Behrud kənd sakinlərinin müraciətlərini dinləyib. Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, xidməti təşkilatların rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Qəbulu giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli vətəndaşları salamlayaraq rayon ərazisində icra olunan abadlıq-quruculuq fəaliyyəti, nəzərdə tutulan infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülmüş tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında yaradılan Səlahiyyətli Nümayəndəlik institunun formalaşmasının bütün sahələrdə inkişafa təkan verdiyi, həmçinin əhalidə dövlətin müvafiq strukturlarına inam və etibarı daha da artırdığı bildirilib. İcra başçısı yaxın zamanda reallaşması nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin Türk dünyası ilə mədəni-siyasi, sosial-iqtisadi əlaqələri daha da gücləndirəcəyini, bölgədə nəqliyyat əlaqələrinin daha da intensiv hal alması və turizmə yaradacağı imkanlar sayəsində bu dəhlizin giriş qapısı sayılan Ordubad rayonunun inkişafına böyük töhfə verəcəyini qeyd edib.
Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında da ətraflı məlumat verilərək, gələcəkdə rayonun ənənəvi istehsal sahələrinin bərpası istiqamətində tam müasir standartların tətbiq olunacağı vurğulanıb. Dövlət başçısının 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının rayonumuz üçün xüsusi önəm kəsb etdiyi, Ordubada göstərilən yüksək qayğının ifadəsi olduğu bildirilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ordubad şəhərinin baş planı, hotel tikintisi, yenilənən yol infrasturkturu, mədən sənayesində perspektiv imkanlar haqqında da qəbul iştirakçılarını məlumatlandırıb, rayon ərazisində baramaçılıq sahəsində icra edilən pilot layihənin ilkin uğurlu nəticələri barədə fikir bildirib.
Daha sonra sakinlərlə Behrud kəndinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, su, yol, təhsil və digər sahələr üzrə səsləndirilən problemlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər