Ərdoğan: İsrail və Livan arasında atəşkəs razılaşm...
13:38 27.11.2024
0
0
0
BƏƏ-nin İqlim Dəyişikliyi Şurası bu ilin sonunda Azərbaycanda keçiriləcək COP29-a hazırlıq çərçivəsində iqlim ambisiyalarını artırmaq üçün milli səylərini qiymətləndirib.
Müzakirələr ölkənin iqlimlə bağlı fəaliyyətini yerli və qlobal səviyyədə gücləndirmək istiqamətində strategiyalara yönəldilib. Şura 2050-ci ilə qədər xalis sıfır hədəfinə nail olmağa yönəlmiş təşəbbüslərin həyata keçirilməsində irəliləyişlərə toxunub.
İclasa İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Dr.Amna bint Abdullah Al Dahak sədrlik edib. Nazir bildirib ki, iqlim dəyişikliyi hər bir ölkə üçün ciddi təsirləri olan bir reallıqdır.
“Biz iqlim dəyişikliyinin mühüm sahələrə ciddi təsirlərini görürük və bu reallıq bizi onun mənfi təsirlərini azaltmaq üçün səylərimizi gücləndirməyə vadar edir. İqlim dəyişikliyi ilə mübarizədə innovasiyaları sürətləndirməli və həllərin tətbiqini reallaşdırmalıyıq. Bu addım 2050-ci ilə qədər BƏƏ-də xalis sıfır hədəfinə nail olmaq öhdəliyimizə uyğundur”, - deyə Dr.Amna bint Abdullah Al Dahak vurğulayıb.
Nazir qeyd edib ki, COP28-in nəticələri BƏƏ-nin qlobal iqlim dəyişikliyi ilə mübarizədə üstün mövqeyini vurğulayıb və bu ilin sonunda Azərbaycanda keçiriləcək COP29-a hazırlaşarkən BƏƏ-nin mövqeyini daha da gücləndirməyə ruhlandırıb.
İclasda BƏƏ-nin “Xalis sıfır 2050” strategiyası da daxil olmaqla, milli iqlim təşəbbüslərinin həyata keçirilməsi ilə bağlı müxtəlif mövzular müzakirə edilib.
Digər xəbərlər