NAXÇIVAN :

26 May 2025, Bazar ertəsi

Batabat yolunda ağır qəza olub, 5 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Batabat yolunun Biçənək kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı Babək rayon Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 25.05.2025 21:31