Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Bu gün şəhidlərimizin qanı bahasına azad olunmuş torpaqlarda hüququn, ədalətin və sülhün qorunması hər birimizin müqəddəs borcudur.
"Şərq qapısı" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, hər bir məmur, o cümlədən prokurorluq əməkdaşları bu amalın icrasında öz məsuliyyətini dərindən dərk etməli, xidməti vəzifələrini vicdanla, ləyaqətlə icra etməlidirlər: "Torpaqlarımızın işğaldan azad edilməsindən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Xankəndi şəhər, Qubadlı, Kəlbəcər və Ağdam hərbi prokurorluqları yaradılıb. Hazırda adları qeyd edilən prokurorluqların hər birində xidməti fəaliyyətin icrası məqsədilə zəruri şərait təmin edilib, ştat vahidlərinin komplektləşdirilməsi həyata keçirilib".
Digər xəbərlər