Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
"Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin tamamlanması nəzərdə tutulurdu. Zamanında tamamlandı. Yaxın zamanda rəsmi açılışı olacaq. Bununla da Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Naxçıvanda keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Baş konsul qeyd edib ki, yaxın zamanlarda Türkiyənin önəmli banklarından biri Ziraat Bankı da Naxçıvanda fəaliyyətə başlayacaq. Artıq lövhəsi yerləşdirilib. Gələn ilin yanvar ayında təmiri bitincə fəaliyyətə göstərəcək. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.
Qeyd edək ki, bu gün Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun İqamətgahında Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Baş konsul Asip Kaya və konsul müavini Ezgi Ahmet çıxış edərək günün əhəmiyyətindən, türk qəhvəsininin türk mədəniyyətindəki rolundan, tarixindən söhbət açıblar.
Digər xəbərlər