Babək rayonunun Payız kəndində tibbi müayinə aksiy...
21:22 12.05.2026
0
0
0
Cari ilin sonuna kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılacaq konteynerlərin həcminin ötən illə müqayisədə 13 min TEU-dan - 120 min TEU-ya kimi artırılması planlaşdırılıb. Həyata keçrilən tədbirlər bizim bu hədəfə çatacağımızı deməyə əsas verir.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov Türkmənistandan gələn "Gadamly" ilk quru yük gəmisinin qarşılanma mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Bakı limanında 7-ci körpü də artıq istifadəyə verilib və o daha çox konteyner əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub.
"Türkmənistan gəmisinin istifadəyə verilməsi ilə yanaşı 7-ci körpünün fəaliyyətə başlaması bizim konteyner əməliyyatlarının daha sürətli, daha çevik idarə olunmasına xidmət edəcək. İtaliya istehsalı olan və 125 ton yükqaldırma imkanına malik mobil liman kranının istifadəyə verilməsi də bizim yükaşırma imkanlarımıza əlavə güc qatır. Bu kran gəmilərdən konteynerləri tez boşaltmağa və gözləmə müddətinin azalmasına xidmət edir”, - deyə Eldar Salahov vurğulayıb.
Digər xəbərlər