Bu ilin 3 ayında qeydə alınmış 7738 cinayətin 85,9...
16:25 21.04.2026
0
0
0
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
"Şərq qapısı" bu barədə AZAL-a istinadən xəbər verir.
Hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Qeyd olunur ki, təyyarə AZAL-a məxsusdur.
Digər xəbərlər