Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sül...
19:27 28.11.2024
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2024, Cümə axşamı
Oktyabrın 16-da Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə aid müxtəlif kulinariya nümunələri sərgilənib. Festival Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasını gənclərə tanıtmaq, Azərbaycan həqiqətlərini doğru və ətraflı şəkildə çatdırmaq məqsədilə təşkil olunub.
Tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Dövlət Himni və “Koroğlu” operasından “Uvertüra” səslənib, rəqs qrupları tərəfindən müxtəlif kompozisiyalar təqdim olunub.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında tədbirin əhəmiyyətinə toxunaraq bu cür layihələrin davamlı olmasını arzu edib.
Gənclər Fondunun direktoru Qədir Xəlilov isə bildirib ki, festival Qərbi Azərbaycanın tarixinə dönüş və bu tarixi xatırlama baxımından böyük əhəmiyyət kəsb edir və belə layihələr Qərbi Azərbaycana qayıdışın kiçik addımları hesab olunmalıdır.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə xanəndələr müxtəlif musiqilər və Qərbi Azərbaycana xas olan aşıq havaları ifa ediblər.
Tədbirdə çıxış edən rəsmilər gənclərin fəallığını yüksək qiymətləndirərək onları mükafatlandırıblar.
Qeyd edək ki, tədbirdə, həmçinin “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Kamal Cəfərov və Milli Məclisin deputatı Səbinə Xasayeva iştirak ediblər.
Digər xəbərlər