Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti...
10:56 20.10.2026
0
0
1
Oktyabrın 22-də Bakıda III İslam Maliyyə Forumu (İMF’26) keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə təşkil olunan forumda Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, İslam bankçılığı və sığortası, alternativ maliyyələşmə alətləri, eləcə də bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunacaq.
Tədbir “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü”, “İslam maliyyəsinin sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları”, “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” adlı üç panel sessiyasını əhatə edəcək.
Qeyd edək ki, forum dövlət qurumlarının, maliyyə institutlarının, bank sektorunun, akademik dairələrin və beynəlxalq ekspertlərin iştirakı ilə İslam maliyyəsi sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayacaq.
Digər xəbərlər