Türkiyədə tikintidə torpaq uçub, iki nəfər uçqun a...
14:44 05.11.2026
0
0
0
Bakıda “ASAN xidmət”in və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit çərçivəsində “Dövlətin roluna yenidən baxış: dəyişən idarəetmə mühitində yeni institusional modellər” mövzusuna həsr olunmuş üçüncü sessiya baş tutub.
"Şərq qapısı" xəbər verir ki, Afrika İttifaqını, ICESCO-nu, Keniyanı, Surinamı, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzini təmsil edən nümayəndələrin iştirakı ilə dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə modellərinin müasirləşdirilməsi və dövlət sektorunda islahatların həyata keçirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, gələcək çağırışlara çevik reaksiya verən, vətəndaşların ehtiyaclarını nəzərə alan və səmərəli idarəetməni təmin edən institusional modellərin qurulması ilə bağlı təcrübə və yanaşmalar bölüşülüb.
Digər xəbərlər