NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək

...

Bakıda bədii gimnastika üzrə ”Winter Fairytale” beynəlxalq turniri keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

Yarış dekabrın 14-15-də Milli Gimnastika Arenasında təşkil ediləcək.

AGF-dən bildirilib ki, tədbir 2009-2018-ci il təvəllüdlü gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.

Nəşr edilib : 10.10.2024 13:33