President Ilham Aliyev arrives in Albania for work...
20:59 15.05.2025
0
0
0
Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Tacikistanın Bakıdakı səfiri İlhom Abdurahmonla görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Tacikistan XİN-ə istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər Tacikistan Respublikası ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın yeddinci iclasının yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
Bundan başqa, S.Şərifov və İ.Abdurahmon əməkdaşlığın mövcud vəziyyətinə və inkişaf perspektivlərinə, xüsusilə ticarət dövriyyəsinin artırılmasına, sənaye, kənd təsərrüfatı, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət ayırıblar.
S.Şərifov, həmçinin missiya rəhbərinə bu il mayın 29-31-də Düşənbədə keçiriləcək Buzlaqların qorunması üzrə yüksək səviyyəli konfransda Azərbaycan nümayəndə heyətinə başçılıq edəcəyini bildirib.
Digər xəbərlər