NAXÇIVAN :

21 May 2026, Cümə axşamı

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə tariflər açıqlanıb

...

Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək sərnişin qatarlarında bütün siniflər üzrə tarifləri elan edib.

"Şərq qapısı" "Azərbaycan Dəmir Yolları"na istinadla xəbər verir ki, sərnişinlərə "Komfort", "Komfort+" və "Lüks" sinifləri üzrə xidmət göstəriləcək. Marşrut boyu müxtəlif stansiyalardan (Bakı, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik-Qardabani) Tbilisi istiqamətinə olan qiymətlər belədir:

"Komfort" sinfi üzrə tariflər

Bakı – Tbilisi: 81 AZN

Yevlax – Tbilisi: 67 AZN

Gəncə – Tbilisi: 62 AZN

Ağstafa – Tbilisi: 57 AZN

Böyük Kəsik – Qardabani: 51 AZN

"Komfort+" sinfi üzrə tariflər

Bakı – Tbilisi: 117 AZN

Yevlax – Tbilisi: 94 AZN

Gəncə – Tbilisi: 86 AZN

Ağstafa – Tbilisi: 78 AZN

Böyük Kəsik – Qardabani: 68 AZN

"Lüks" sinfi üzrə tariflər

Bakı – Tbilisi: 180 AZN

Yevlax – Tbilisi: 144 AZN

Gəncə – Tbilisi: 132 AZN

Ağstafa – Tbilisi: 120 AZN

Böyük Kəsik – Qardabani: 102 AZN

Nəşr edilib : 21.05.2026 17:33