NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Bakı-Laçın reysinin ilk sərnişinləri artıq Laçına çatıb

...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb və onlar artıq Laçına çatıb.
Bu barədə AYNA-dan məlumat verilib.
Agentlik bildirir ki, siz də Laçına səfər etmək istəyirsinizsə biletlərinizi biletim.az portalı üzərindən onlayn şəkildə əldə edə bilərsiniz.
İşğaldan azad olunmuş ərazilərə giriş zamanı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması vacibdir.

Nəşr edilib : 13.10.2024 19:55