NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir

...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qadınlar Forumunda iştirak edir.

Dövlət Komitəsindən verilən məlumata görə, o, Çinin Şandon əyalətinin Çindao şəhərində keçirilən ŞƏT-in "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumunda çıxış edəcək.

Bildirilib ki, ŞƏT-in, Ümumçin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumda Şanxay Əməkdaşlıq Təşkilatının üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 ölkənin təmsilçiləri, o cümlədən rəhbər şəxslər iştirak edirlər.

Nəşr edilib : 11.09.2024 12:19