NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında iştirak edir

...

BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının (1995) icrası və qiymətləndirilməsinə həsr olunmuş Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyasının açılışı olub.
"Şərq qapısı" xəbər verir ki, sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiya çərçivəsində yüksək səviyyəli dəyirmi masa, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı iqlim koalisiyası – KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçiriləcək.
Sessiyada hökumətlər, vətəndaş cəmiyyəti və fəallar qadın hüquqları, qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyi mövzularında müzakirə aparmaq üçün bir araya gələcəklər.

Nəşr edilib : 10.03.2025 19:56