Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
Azərbaycan hazırda AQEM-ə sədrlik həyata keçirir. Bu sədrlik çərçivəsində məsələlərə çox ciddi yanaşırıq. Çalışırıq ki, həm Azərbaycanın, həm də təşkilatın maraqlarına xidmət edən fəaliyyətlər həyata keçirək.
"Şərq qapısı" xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
“Azərbaycanın sədrliyi dövründə işləri sinxron şəkildə qurduq. Azərbaycanın təşəbbüsü ilə AQEM-ə daxil olan üzv ölkələrdə qadın məsələləri, qadın və uşaq hüquqları, eləcə də digər bir sıra narahatlıq doğuran məsələlər ətrafında görüşlərin keçirilməsinə başladıq. Biz təşkilat çərçivəsində daha geniş arealda qadınların rolunu artırmağı hədəfləyirik”, - deyə B.Muradova bildirib.
Digər xəbərlər