Ədalətin təntənəsi
16:43 23.11.2024
0
0
4
Çinin Şandon əyalətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir.
ŞƏT-in, Ümum-Çin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumda ŞƏT-in üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 dövlətin təmsilçiləri, o cümlədən rəhbər şəxsləri iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Tədbirdə əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Forum iştirakçılarına müraciəti oxunub.
Forumun açılış mərasimində çıxış edən Çinin dövlət müşaviri, Ümum-Çin Qadınlar Federasiyasının sədri Şen İçin, Özbəkistan Baş nazirinin müavini Zülayxo Maxkamova, Çinin Avrasiya məsələləri üzrə nümayəndəsi Liu Huey, ŞƏT-in Baş katibi Can Min və başqaları qadınların ictimai-siyasi, mədəni həyatda olduğu kimi, iqtisadi sahədə də fəallığının əhəmiyyətindən danışıb, iqtisadiyyatda, eləcə də sosial sferada rəqəmsallaşmanın qadınların da hüquq və imkanlarını artırdığını bildiriblər.
Digər xəbərlər