NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Babək və Şahbuz rayonlarında yanğın olub

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində, Şahbuz şəhərində isə "OKA" markalı minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Babək şəhərində yanğın hadisə nəticəsində 2000 m² biçilmiş taxıl sahəsi yanıb, 3000 m² biçilmiş taxıl sahəsi isə yanğından mühafizə olunub. Şahbuz şəhərində hadisə nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Digər hissələri yanğından mühafizə olunub.

Nəşr edilib : 07.09.2024 19:12