NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Babək şəhərindəki Vergi Ödəyicilərinə Xidmət Mərkəzi geniş funksiyalara malikdir

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Babək şəhərində fəaliyyət göstərən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərir. 
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, mərkəzdə vergi ödəyicilərinə vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtibi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri haqqında məlumat və izahatlar verilir. Həmçinin burada bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı xidmətlərdən istifadə etmək mümkündür. 
Mərkəzdə həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq xidmətlər göstərilir, gün ərzində, təxminən, 150-dək şəxsin qəbul edilməsi və həmin şəxslərə müxtəlif xidmətlərin təqdim edilməsi mümkündür. Bununla yanaşı, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinə uyğun olaraq mərkəzdə könüllülər də fəaliyyət göstərir.

Nəşr edilib : 23.09.2024 15:03