NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Babək rayonunun yaranmasının 46-cı ildönümü qeyd olunub

...

Oktyabrın 23-də Babək rayonunun yaranmasının 46-cı ildönümü münasibətilə tədbir keçirilib. 

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Babək şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, bu gün yaranmasının 46 illiyini qeyd etdiyimiz Babək rayonu Ulu Öndərimizin yadigarı kimi yaşayır və inkişaf edir. 1978-ci il oktyabrın 23-də xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malikdir. Rayona xalq qəhrəmanı Babəkin adının verilməsi milli yaddaşın, təfəkkürün bərpası, eləcə də tarixi keçmişimizə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən ən yüksək qiymətin ifadəsidir. Babək rayonu ötən müddətdə böyük inkişaf yolu keçərək ölkənin qabaqcıl rayonlarından birinə çevrilib.

Ovni Muradov çıxışında Babək rayonuna göstərilən yüksək dövlət qayğısına görə rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva və təqaüddə olan müəllim Ənvər Hüseynovun çıxışları dinlənilib, rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər mükafatlandırılıb, Babək rayonu haqqında hazırlanmış videoçarxa baxış olub. 

Tədbir bədii kompozisiya ilə davam edib.

Nəşr edilib : 23.10.2024 16:37