NAXÇIVAN :

12 May 2026, Çərşənbə axşamı

Babək rayonunun Payız kəndində tibbi müayinə aksiyası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunun Payız kəndində növbəti tibbi müayinə aksiyası həyata keçirilib.

Babək Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən keçirilən aksiya zamanı kənd sakinlərinə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib, vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, müvafiq tibbi məsləhət və tövsiyələr verilib.

Aksiya çərçivəsində 28 terapevtik, 17 ginekoloji, 19 pediatrik və 11 stomatoloji müayinə aparılıb.

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə təşkil olunan bu cür tibbi aksiyalar sakinlər tərəfindən məmnunluqla qarşılanır və dövlətin vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən regionlarda əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Nəşr edilib : 12.05.2026 21:22