NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Babək rayonunda “Qanunsuz tikililərlə mübarizə” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Babək rayonunda Kültəpə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və yerli icra nümayəndəliyinin iştirakı ilə “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda birgə tədbir keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, eləcə də qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Sabit Abdullazadə mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdıraraq bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Nəşr edilib : 03.04.2026 09:39