NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Babək rayonunda oğurluq edən şəxs saxlanılıb

...

Babək rayonunda yerləşən evlərin birindən 45 000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis İdarəsinin  əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Nəşr edilib : 18.09.2025 13:00