NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Babək rayonunda muxtar respublikanın 100 illik yubileyi çərçivəsində yekun tədbir keçirilib

...

Dekabrın 28-də Babək rayonunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində yekun mükafatlandırma tədbiri keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək 2024-cü ilin muxtar respublikamız, eləcə də Babək rayonu üçün sosial-iqtisadi inkişaf və sosial rifah ili kimi yadda qaldığını diqqətə çatdırıb.

 Qeyd olunub ki, rayonda əhalinin firavanlığı üçün görülmüş kompleks işlər, bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri, zəhmətkeş babəklilərin günbəgün yaxşılaşan həyat səviyyəsində aydın görmək mümkündür. 

Tədbirdə Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə 2024-cü ildə rayonda təhsil sahəsində görülmüş işlərlə bağlı məlumat verib. 

Sonra Babək rayonunu muxtar respublikada və ölkə miqyasında təmsil etmiş bir qrup məktəbli mükafatlandırılıb, onlara fəxri fərmanlar təqdim edilib, “Naxçıvan Muxtar Respublikası 100”  adlı filmə baxış olub.

 Tədbir uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında səslənən mahnılardan ibarət bədii kompozisiya ilə sona çatıb.

Nəşr edilib : 28.12.2024 16:24