NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Babək rayonunda 8 min manatlıq tütün məmulatları oğurlayan şəxs saxlanılıb

...

"Şərq qapısı" xəbər verir ki, Babək rayonu ərazisində yerləşən marketlərin birindən 8000 manat dəyərində tütün məmulatları  naməlum şəraitdə oğurlanıb. 
Babək Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Abbaslı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.05.2025 16:13