NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub.
"Şərq qapısı" xəbər verir ki, xəstəxanaya təqdim edilən süni intellekt dəstəkli ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Bu cür müasir tibbi avadanlıqların tibb müəssisələrinə verilməsi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində atılan mühüm addımlardandır.

Nəşr edilib : 28.04.2026 20:36