Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Milli kino tariximizin şah əsərlərindən olan “Babək” filmi 1979-cu ildə lentə alınmışdır. Film IX əsrdə Abbasilərə qarşı üsyan qaldıran Babək Xürrəminin həyatını əks etdirir. Filmin çəkilməsi uzun və zəhmətli bir proses olmuşdur, çünki film dövrün tarixi hadisələrini, mühitini və döyüş səhnələrini dəqiq şəkildə canlandırmaq üçün genişmiqyaslı hazırlıq tələb edirdi.
Rejissor Eldar Quliyev və yaradıcı heyət Babəkin mübarizəsini və şəxsiyyətini tamaşaçılara mümkün qədər real və təsirli şəkildə çatdırmaq üçün geniş tədqiqat aparıblar. Film çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən qədim abidələrin və dağlıq ərazilərin fonunda aparılıb ki, bu da filmə xüsusi tarixi və vizual təsir qatıb.
Filmin bir sıra döyüş səhnələri Naxçıvan Muxtar Respublikasında – Culfa rayonunun Camaldın və Ərəzin kəndlərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağ sahələrində lentə alınıb. Naxçıvanda çəkilən kadrlar, xüsusilə filmdəki tarixi mühitin təsviri və dövrün çətin həyat şəraitini əks etdirmək baxımından filmə xüsusi bir dəyər qatıb. Bu bölgənin təbii landşaftı və dağlıq relyefi, Babəkin və tərəfdarlarının çətinliklərlə dolu mübarizəsini daha təsirli bir şəkildə tamaşaçılara çatdırmağa imkan verib.
Naxçıvanda çəkilən Cavidanla Əbu İmranın döyüş səhnəsində böyük kütləvi səhnə təşkil edilməli imiş. Lakin çəkiliş dövrü kənd təsərrüfatı işlərinin qızğın aparıldığı dövrə təsadüf etdiyindən, çəkilişlər gecikir. Buna görə də bundan xəbər tutan Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev məsələyə müdaxilə edir və deyir ki, heç bir məsələ “Babək” filminin çəkilişi qədər əhəmiyyətli ola bilməz. O, tapşırıq verir ki, çəkiliş üçün lazım olan bütün şərait yaradılmalıdır. Yalnız bundan sonra qarşıya çıxan çətinliklər qısa vaxtda həll olunur və filmin çəkilişləri uğurla reallaşır.
Film həmçinin xalq arasında milli ruhu və azadlıq arzusunu gücləndirən əhəmiyyətli bir əsərə çevrilmişdir. Babək filmi Azərbaycan kinosunun ən qiymətli nümunələrindən biridir və illərdir ki, geniş tamaşaçı kütləsi tərəfindən maraqla izlənir.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər