İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
Azərbaycan Şahmat Federasiyası Bəstəçilik Komissiyasının sədri, Əməkdar məşqçi İlhəm Əliyev və Naxçıvandan olan şahmatçı – beynəlxalq usta Toğrul Həsənzadənin “Tehtäväniekka” müsabiqəsi üçün birgə təqdim etdiyi şahmat etüdü qiymətləndirmədən uğurla keçib. Finlandiyanın nüfuzlu “Tehtäväniekka” jurnalının 2025-ci ilin may ayına olan sayında həmin etüd “Xüsusi fəxri rəy” statusu qazanıb.
2024-cü il üçün keçirilən müsabiqədə 17 ölkədən – Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Argentina, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Hollandiya, İsrail, İtaliya, Norveç, Polşa, Rumıniya, Slovakiya və Ukraynadan 25 şahmat bəstəçisi iştirak edib. Onlar müsabiqəyə, ümumilikdə, 36 şahmat etüdü təqdim ediblər.
Qeyd edək ki, “Tehtäväniekka” Finlandiya Şahmat Problemləri Cəmiyyətinin nəşr etdiyi jurnal və eyni zamanda beynəlxalq şahmat bəstəçiliyi müsabiqəsidir. Bu müsabiqənin məqsədi yaradıcı istedadların aşkarlanması və şahmat məsələlərinin inkişafına töhfə verməkdir.
Digər xəbərlər