NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

...

ANAMA və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti humanitar minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X”də bildirib.

Onun sözlərinə görə, anlaşma memorandumu Tokioda UMAC-2025 konfransı zamanı imzalanıb.

"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyə görə minnətdarıq — birlikdə təhlükəsizlik və ədalətli sülh üçün!”, - diplomat qeyd edib.

Nəşr edilib : 22.10.2025 20:06