Naxçıvan Muxtar Respublikasında noyabr ayının son ...
23:37 29.11.2024
0
0
0
Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycanla Özbəkistan arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Çıxışçılar təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.
Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib.
Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Sonra iştirakçılara sertikifikatlar təqdim edilib, təlimdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.
Digər xəbərlər