NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Azərbaycanla Gürcüstan arasında əmək və sosial müdafiə sahələrində əlaqələr genişləndirilir

...

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial işlər naziri Mixeil Sarjveladzenin görüşü olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələrin ikitərəfli dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında bütün sahələrdə inkişaf etməkdə olduğu vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib. DOST konsepsiyasının üstünlükləri, habelə əmək, məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal texnologiyaların geniş tətbiqi sahəsində görülən işlər diqqətə çatdırılıb. Bu sahələrdə ikitərəfli əməkdaşlığın və təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğu qeyd edilib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində iki nazirlik arasında əlaqələrin genişləndirilməsi imkanları da müzakirə olunub.

Nəşr edilib : 18.11.2024 14:48