NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə səmərəli əməkdaşıq və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə M.Cabbarov "X" hesabında yazıb.
"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.

Nəşr edilib : 22.01.2025 20:51