NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) Belçika Krallığı Xarici İşlər Nazirliyinin ikitərəfli məsələlər üzrə baş direktoru Yerun Koreman və Şərqi və Cənubi Avropa, Mərkəzi Asiya İdarəsinin rəisi Filip Benuadla görüş keçirilib.

ANAMA-dan bildirilib ki, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi və həmin problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə belçikalı diplomatlara məlumat verilib.

Görüş zamanı Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Belçikanın dəstəyi və bu istiqamətdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Belçikadakı və həmin ölkənin Azərbaycandakı səfirləri iştirak ediblər.

Nəşr edilib : 22.10.2024 11:25