NAXÇIVAN :

07 Avqust 2026, Cümə

Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə birlikdə Ukraynanın azadlığı uğrunda həlak olmuş müdafiəçilərin Xatirə Memorialına gül dəstəsi qoyub.

 "Şərq qapısı"nın məlumatına görə, xatirə şəkli çəkildikdən sonra Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib.

Sonra nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilib. Görüşdə Azərbaycan-Ukrayna münasibətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Nəşr edilib : 06.08.2026 11:08