NAXÇIVAN :

24 Yanvar 2025, Cümə

Azərbaycanın turizm imkanları İspaniyadakı “FITUR” sərgisində təqdim olunur

...

Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın paytaxtı Madriddə baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.

"Şərq qapısı" agentliyə istinadən xəbər verir ki, sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.

Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.

Yanvarın 26-na qədər davam edəcək turizm sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.

Nəşr edilib : 24.01.2025 10:36