NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” sərgisində nümayiş etdirilir

...

Azərbaycanın istehsal etdiyi, şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

Bununla bağlı “Ush Security” şirkətinin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.

Nəşr edilib : 25.09.2024 14:46