NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Azərbaycanın dövlət rəsmiləri Aktauda aviaqəzada yaralananlarla görüşüb - YENİLƏNİB

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər.
"Şərq qapısı" xəbər verir ki, nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.
Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.

Nəşr edilib : 25.12.2024 20:46