NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Azərbaycanın dövlət büdcəsinin profisiti 36 % artıb

...

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat, xərcləri isə 13 milyard 691,8 milyon manat təşkil edib.
“Şərq qapısı” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % və 1,6 % çoxdur.
Büdcə gəlirləri proqnozdan 3,9 % çox, büdcə xərcləri isə proqnozdan 3,5 % az icra edilib.
Son nəticədə 5 ayda büdcədə 3 milyard 446,2 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 36,05 % çoxdur.

Nəşr edilib : 05.06.2025 17:45