NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin anım günü münasibətilə tədbir keçirilib

...

5 dekabr tarixdə Naxçıvan şəhər Hüseyn Cavidin ev-nuzeyi və Xatirə Kompleksində keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru Tünzalə Dilanova  bildirib ki, Hüseyn Cavid Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Həmçinin vətənpərvərlik mövzusu Azərbaycan romantik ədiblərinin əsərlərində mühüm yer tutur. Böyük şair və dramaturqumuz Hüseyn Cavidin yaradıcılığında da bu ideya güclüdür. Vətənpərvər şair Hüseyn Cavid özünün məslək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətənpərvərlik ideyasını yeni forma, yeni məzmunla ifadə edib. 

Vurğulanıb ki, dahi şairin soyuq, qarlı-şaxtalı Sibir meşəliklərində dünyasını dəyişdiyi gün – 1941-ci ilin 5 dekabrına təsadüf edir.Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 1981-ci ildə şairin anadan olmasının 100 illiyinin yüksək səviyyədə keçirilməsi haqqında Mərkəzi Komitə qərar qəbul etdi. Dahi şairin məzarı Uzaq Sibirdən Vətənə gətirildi və ev-muzeyi yaxınlığında dəfn edildi. 

Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Cavid əfəndi sənətinin özünəməxsusluğu, orijinallığı və novatorluğu” və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova  “Hüseyn Cavid yaradıcılığında vətənpərvərlik” mövzularında çıxış etmişlər. Çıxışlarda bildirilib ki, Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir.
 Daha sonra çıxış edən Naxçıvan  Muxtar Respublikasının  mədəniyyət işçisi Bəhruz Axundov  direktor  islədiyi dövrdə muzeyin fəaliyyətindən , Turan xanımla olan xatirələrindən bəhs edib. 
Sonda  muzeyin ekspozisiyasına baxış keçirilib.

Nəşr edilib : 05.12.2024 22:14