NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək

...

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Nəşr edilib : 21.08.2026 09:28