Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Qazaxıstana 42 milyon 314,17 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5 faiz və ya 7 milyon 497,25 min dollar artım deməkdir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan Qazaxıstandan 71 milyon 860,6 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 dəfə və ya 159 milyon 7,1 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,36 faizini, ümumi idxalının isə 1,3 faizini təşkil edib.
Digər xəbərlər