NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Azərbaycanda seçicilərin sayı açıqlanıb

...

Ölkə üzrə seçicilərin daimi siyahısı tərtib edilib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda 2025-ci il üzrə daimi seçicilərin ümumi sayı 6 milyon 302 min 93 nəfər nəfərdir, onların da 28 min 390 nəfəri bu il səsvermə hüququ qazanıb.

MSK sədri bildirib ki, seçicilərin 2 milyon 997 min 700  nəfəri kişi, 3 milyon 304 min nəfəri isə qadındır.

Nəşr edilib : 26.05.2025 16:44