Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərb...
14:50 16.01.2025
0
0
0
2024-cü ildə Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 24 milyard 543,2 milyon kVt·st, su elektrik stansiyalarında (SES) 3 milyard 11,0 milyon kVt·st, digər mənbələrdən isə 839,9 milyon kVt·st elektrik enerjisi istehsal olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2023-cü ilə nisbətən “Yaşıl enerji” mənbələrindən istehsal 1 milyard 728,7 milyon kVt·st artaraq 3 milyard 850,9 milyon kVt·st təşkil edib.
"Yaşıl enerji" istehsalın külək elektrik stansiyalarında (KES) 51,1 milyon kVt·st, günəş elektrik stansiyalarında (GES) 556,3 milyon kVt·st, "Təmiz Şəhər" ASC-yə məxsus Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kVt·st olub.
“Azərenerji” ASC üzrə istehsal 25 milyard 138,6 milyon kVt·st təşkil edib ki, bundan da 22 milyard 322,9 milyon kVt·st İES-lərdə, 2 milyard 815,7 milyon kVt·st isə SES-lərdə istehsal olunub. Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə istehsal isə 490,4 milyon kVt·st təşkil edib ki, bundan 253,4 milyon kVt·st İES-lərdə, 176,2 milyon kVt·st SES-lərdə, 60,8 milyon kVt·st isə GES-lərdə olub. “Azərişıq” ASC-nin KES-lərində 38,5 milyon kVt·st, müstəqil elektrik stansiyalarında isə 2 milyard 726,6 milyon kVt·st enerji istehsal edib.
Digər xəbərlər