Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müra...
12:24 22.01.2025
0
0
0
Fevralın 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.
"Şərq qapısı" xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Bundan əvvəl əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.
Digər xəbərlər